Şəkidə 17 yaşlı oğlan itkin düşüb.
Modern.az xəbər verir ki, Şəki şəhər sakini, 2006-cı il təvəllüdlü Ramazan Hacıyev yanvarın 14-də təxminən saat 17 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Həmin şəxsin itkin düşməsi ilə bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən onun tapılması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilir.