Daxili İşlər Nazirliyi (DİN) Bakı və Şəkidə itkin düşən məktəblilərlə bağlı məlumat yayıb.
Modern.az xəbər veri ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən 2009-cu il təvəllüdlü məktəbli Nihat Rəhmətulinin yeri müəyyən edilib.
Məlum olub ki, o, Gəncə şəhərində atasının yanına gedib.
Bundan əlavə, Şəkidə itkin düşdüyü deyilən 2006-cı il təvəllüdlü, 10-cu sinif şagirdi Ramazan Hacıyevin getdiyi istiqamət müəyyən edilib. Onun tapılaraq ailəsinə qaytarılması təmin olunacaq.
***
Bakıda və Şəkidə məktəblilər itkin düşüb.
Modern.az xəbər verir ki, Binəqədi rayon sakini, 2009-cu il təvəllüdlü məktəbli Nihat Rəhmətulin yanvarın 13-də evdən oyun zalına getmək adı ilə çıxıb və geri qayıtmayıb.
Şəkidə isə 2006-cı il təvəllüdlü, 10-cu sinif şagirdi Ramazan Hacıyev yanvarın 14-də yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Hər iki faktla bağlı araşdırma aparılır.