Modern.az

Naxçıvanda tələbə qızlar dəm qazından zəhərləndi

Naxçıvanda tələbə qızlar dəm qazından zəhərləndi

16 Yanvar 2023, 09:42

Naxçıvan şəhərində kirayədə yaşayan daha iki tələbə qız dəm qazından zəhərlənib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Kəngərli və Şərur rayon sakinləri 2002-ci il təvəllüdlü Nurgül Qasımova və 2000-ci il təvəllüdlü Ayşən İsmayılova hamamda dəm qazının sızması nəticəsində zəhərləniblər.

 

Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri sabitdir.

 

Faktla bağla araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu