Modern.az

Gəncədə üç günlük körpə öldü

Gəncədə üç günlük körpə öldü

16 Yanvar 2023, 14:40

Gəncədə üç günlük körpə vəfat edib.

 

Modern.az-ın xəbərinə görə, hadisə Gəncə şəhər Regional Perinatal Mərkəzində baş verib.

 

Məlumata görə, Qazax rayonunun Çaylı kənd sakini, 1987-ci il təvəllüdlü qadın yanvarın 12-də mərkəzdə qeysəriyyə yolu ilə körpə dünyaya gətirib.

 

Körpəyə tənəffüs pozğunluğu və beyin mədəciklərinə daxili qansızma diaqnozu qoyulub. O, yanvarın 15-də vəfat edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu