Modern.az

Özünü məktəb binasından atan şagirddən XƏBƏR VAR - YENİLƏNİB

Özünü məktəb binasından atan şagirddən XƏBƏR VAR - YENİLƏNİB

16 Yanvar 2023, 21:22

Yanvarın 16-da saat 13:00 radələrində Masallı şəhər R.Əlihəsənov adına 1 saylı tam orta məktəbin IX sinif şagirdi M.F.qızı məktəbin 3-cü mərtəbəsindən yıxılması nəticəsində xəsarət alıb.

 

Modern.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

 

O, qeyd edib ki, hazırda xəstənin vəziyyəti sabitdir, xəstəxanada şagirdə elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev və Regional Təhsil İdarəsinin rəhbəri Elxan Nəcəfov baş çəkiblər.

 

***

15:24

Masallıda məktəbli qız intihara cəhd edib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Masallı rayon 1 saylı orta məktəbdə baş verib.

 

Məktəbin 9-cu sinif şagirdi sinif yoldaşlarından biri ilə mübahisə edib. Daha sonra məktəbin pəncərəsindən özünü aşağı atıb.

 

Qız təcili xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu