Modern.az

Mikroavtobus minik maşını ilə toqquşdu - 6 nəfər yaralandı 

Mikroavtobus minik maşını ilə toqquşdu - 6 nəfər yaralandı 

Hadisə

17 Yanvar 2023, 22:18

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb. Hərəkətdə olan kiçiktutumlu sərnişin avtobusu ilə minik maşını toqquşub.

 

Qəza zamanı 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı