Modern.az

Bakıda azyaşlı qızın oğurlanmasına cəhd araşdırlır - DİN

Bakıda azyaşlı qızın oğurlanmasına cəhd araşdırlır - DİN

18 Yanvar 2023, 12:06

Daxili İşlər Nazirliyi (DİN) naməlum şəxsin məktəbli qızı oğurlamağa cəhd etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.


Modern.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev  bildirib ki, hadisə araşdırılır.

Onun sözlərinə görə, hadisə barədə tezliklə ictimaiyyətə ətraflı məlumat veriləcək.
 

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videogörüntüdə naməlum şəxs azyaşlı qızı başqa istiqamətə aparmağa cəhd edir. Azyaşlı isə buna etiraz edərək, həmin şəxsin əlindən çıxaraq mağazaya daxil olur.

Məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu 93 saylı tam orta məktəbin yaxınlığında baş verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var