Modern.az

Yanğında ölən ermənilərin hamısı çağırışçı əsgərdir - ADLAR

Yanğında ölən ermənilərin hamısı çağırışçı əsgərdir - ADLAR

Hadisə

19 Yanvar 2023, 13:14

Hərbi hissədə baş verən yanğında ölənlərin hamısı – 15 nəfər həqiqi hərbi xidmət çağırışçısı olub, 6 əsgər və 1 zabit isə xəsarət alıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun yaydığı məlumatda deyilir.

Prokurorluq bildirib ki, faktla bağlı toplanmış materiallar İstintaq İdarəsinə təhvil verilib.

Hadisə yerində prokurorlar və müstəntiqlər, baş prokurorun müavini Qriqor Elizbaryan təhqiqat aparır.

Artıq sosial şəbəkələrdə gecə yanğın zamanı ölən 15 çağırışçının adı açıqlanıb:

Manukyan Aram
Nersisyan Volodya
Martirosyan Qor
Asryan Rostom
Ambaryan Muşeq
Qaribyan Taron
Abazyan Pavlik
Sarkisyan David
Qriqoryan Hraçya
Avaqyan Narek
Barseqyan Qaqik
Dumikyan Mişa
Kirakosyan Hayk
Gevorkov Sergey
Davtyan Qamd

Yanvarın 19-na keçən gecə, saat 01:30 radələrində Qeqarkunik rayonun Azat kəndindəki hərbi hissənin kazarmasında yanğın baş verib. Nəticədə 15 hərbçi ölüb. Hərbi hissədə baş verən yanğının söndürülməsinə 5 saat vaxt sərf olunub.

Hadisəyə səbəb sobanı isitmək üçün benzindən istifadə edilməsi olub. Zabitlərdən biri təhlükəsizlik qaydalarını pozduğundan soba alışıb. O, özünü itirərək əlindəki beş litrlik benzin qabını kazarma tərəfə atıb. Bu isə dəhşətli nəticələrə gətirib çıxarıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var