Modern.az

Bakıda “yol terroru” - Bir ildə 188 ölüm

Bakıda “yol terroru” - Bir ildə 188 ölüm

19 Yanvar 2023, 14:50

Ötən il Bakıda baş vermiş yol qəzalarında 188 nəfər həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi məlumat yayıb.

 

Bildirilib ki, 2022-ci il ərzində ölüm və xəsarət halları ilə yekunlaşmış 437 hadisədə 188 nəfər vəfat edib, 355 nəfər isə xəsarət alıb.

 

Bu, 2021-ci illə müqayisədə 77 hadisə, 23 ölüm faktı və 58 xəsarət halı azdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi