Ötən il Bakıda 269 piyadanı avtomobil vurub, onlardan 134 nəfəri dünyasını dəyişib.
Bu barədə Modern.az-a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.
Onun sözlərinə görə, qəzalar zamanı 153 piyada xəsarət alıb. Belə ki, ötən illə müqayisədə paytaxtda piyada vurma 41 fakt azalıb.
A.Əsgərli bildirib ki, Bakıda ötən il motosikletlərin iştirakı ilə 4 hadisə baş verib. Nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Moped sürücüləri isə 14 hadisə törədib, nəticədə 1 nəfər ölüb və 14 nəfər xəsarət alıb. Velosipedlə törədilən 4 qəzada 1 nəfər ölüb, 3 şəxs xəsarət alıb.
Ümumi göstəricilər ötən illərlə müqayisədə kəskin azalıb.