Modern.az

Maşinistin sükan arxasında ölüm səbəbi AÇIQLANDI

Maşinistin sükan arxasında ölüm səbəbi AÇIQLANDI

23 Yanvar 2023, 10:33

“Bakı Metropoliteni” QSC-də motovoz maşinisti işləyən Kərimli Aydın Yusif oğlunun ölüm səbəbi məlum olub.

 

Bu barədə Modern.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlama verib.

 

Onun sözlərinə görə, A.Kərimli ürək çatışmazlığından dünyasını dəyişib.

 

"Onun pensiya yaşına bir ay, ay yarım vaxt qalmışdı. Tibbi yoxlamalar münzətəm olaraq aparılırdı. Dünyasını dəyişən şəxs sərnişin qatarı sürmür, axşamlar təsərrüfat qatarını idarə edirmiş", - deyə qurum rəsmisi bildirib.

 

Qeyd edək ki, yanvarın 22-si saat 03:00 radələrində QSC-də motovoz maşinisti işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu “Avtovağzal metrostansiyası”nda təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşib. O, sükan arxasında dünyasını dəyişib. Hadisə nəticəsində qatarın hərəkətində hər hansı problem yaranmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı