Modern.az

Sumqayıtda yarımçıq doğulan üçəmlərin SON VƏZİYYƏTİ

Sumqayıtda yarımçıq doğulan üçəmlərin SON VƏZİYYƏTİ

Hadisə

24 Yanvar 2023, 12:20

Bu günlərdə Sumqayıtda üçəm körpə dünyaya gəlib.

Modern.az-ın məlumatına görə, Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ramil Zeynallı üçəmlərin vəziyyəti barədə açıqlama verib.

Onun sözlərinə görə bir müddət əvvəl Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Perinatal Mərkəzə 44 yaşlı Abşeron rayon sakini 31-32 həftəlik üçdöllü hamiləliklə daxil olub. Anesteziologiya-reanimasiya şöbəsinə yerləşdirilən pasiyent 13 il sonsuzluqdan əziyyət çəkibmiş.

Ona vaxtından əvvəl doğuş qorxusu, xroniki tromboflebitin kəskinləşməsi, artroz, ağır dərəcəli anemiya diaqnozu qoyulub.

Anesteziologiya - reanimasiya şöbəsinin müdiri Elmar Süleymanovun müalicəsi ilə ağır durumdan çıxmış qadın hamiləliyin müalicəsini Patologiya şöbəsində davam etdirib.

33-34-cü həftəsində cərrahi doğuşdan 2 qız və oğlan uşağı doğulub.

1300, 1700, 1900 qram çəkidə doğulmuş üçəmlər Neonatal reanimasiya və intensiv terapiya, Xəstə və yarımçıq doğulmuşlar şöbəsində müalicə alaraq 1975, 2250, 2300 qram çəki ilə evə yazılıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var