Modern.az

Dünyanın məhv olacağı TARİX açıqlandı

Dünyanın məhv olacağı TARİX açıqlandı

Hadisə

24 Yanvar 2023, 16:44

NASA dünyanın məhvolma tarixi ilə bağlı ilginc iddia yayıb.

 

Modern.az xəbər verir ki, tədqiqat qrupu Günəşin Yerdəki oksigeni tükəndirdikdən sonra Yer kürəsinin yaşamaq üçün yararsız hala düşəcəyini müəyyən edib.

 

Nəticələrə əsasən, dünyanın sonuna bir milyard il var.

 

"Yer günəş şüaları hesabına oksigenləşir. Lakin kifayət qədər ləng gedən bu proses gündəlik həyata təsir etmir. Modelləşdirmədə, bu gündən düz 1 milyard il sonra, yəni tarixlər 1.000.002.021-i göstərdikdə, oksigen miqdarı yaşamaq mümkün olmayan səviyyəyə enəcək", - məlumatda deyilir.

 

Araşdırma qrupunun üzvü olan Kazumi Ozaki qeyd edib ki, onlar inkişaf etdirdikləri modeli 400 000 dəfə işləyiblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı