Ötən ilin 9 ayı ərzində (21 mart -21 dekabr 2022-ci il tarixləri) İranda 460 nəfər dəm qazından ölüb.
Modern.az-ın məlumatına görə, bu barədə İranın Tibbi Ekspertiza Təşkilatı hesabat yayıb.
Hesabata əsasən, dəm qazı nəticəsində ölənlərin sayı əvvəlki ilin analoji dövrü ilə müqayisədə 10,8% artıb. Ölənlərdən 342 nəfəri kişi, 118 nəfəri qadın olub.
Dəm qazı nəticəsində ən çox ölüm halı Rəzəvi Xorasan vilayətində (54 nəfər), Tehran vilayətində (52 nəfər), İsfahan vilayətində (48 nəfər) qeydə alınıb.
Bundan əlavə, ən çox ölüm halı 22 noyabr -21 dekabrda qeydə alınıb. Belə ki, bir ayda dəm qazı nəticəsində 110 nəfər ölüb. Bu da əvvəlki illə müqayisədə 2,8% çoxdur.