Modern.az

Bakıda avtobus qəzası: Xəsarət alan var

Bakıda avtobus qəzası: Xəsarət alan var

25 Yanvar 2023, 08:55

Bakının Nəsimi rayonunda 5 saylı sərnişin avtobusu qəzaya uğrayıb.

 

Modern.az-ın məlumatına görə, avtobus hərəkətdə olarkən digər avtomobillə toqquşub.

 

Hadisə zamanı sərnişin, 1988-ci il təvəllüdlü Dadaşov Rəşad Ədalət oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir