Modern.az

Koronavirusdan ölənlərin sayı ARTIR

Koronavirusdan ölənlərin sayı ARTIR

26 Yanvar 2023, 08:00

2022-ci ilin dekabrın 26-dan 2023-cü ilin yanvarın 22-dək 11 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 55 mindən çox pasiyent ölüb. Əvvəlki 28 günlə müqayisədə yoluxanların sayı 25% azalıb, ölənlərin sayı isə 13% artıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

 

Bildirilib ki, dörd həftə ərzində dünyada 11 044 336 nəfərdə koronavirusa yoluxma aşkarlanıb, 55 108 nəfər isə virusdan dünyasını dəyişib.

 

Son bir həftə ərzində (yanvarın 16-dan yanvarın 22-dək) ​​ən çox yoluxma Yaponiyada aşkar edilib - 672 526. Yeddi gündə ən çox ölüm halları isə ABŞ-da (3,922) qeydə alınıb.

 

Ümumilikdə pandemiyanın başlanmasından bəri 664 873 023 nəfər COVID-19-a yoluxub, 6 724 248 nəfərin həyatını xilas etmək olmayıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir