Modern.az

Gömrük Komitəsində korrupsiya əməliyyatı - Saxlanılanlar var

Gömrük Komitəsində korrupsiya əməliyyatı - Saxlanılanlar var

Hadisə

26 Yanvar 2023, 10:26

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində əməliyyat keçirir.

 

Modern.az xəbər verir ki, əməliyyat tədbirləri hazırda davam etdirilir.

 

Saxlanılan şəxslərin olduğu bildirilir. Onların kimliyi və digər detallar hələlik məlum deyil.

 

Əməliyyat barədə məlumatı Baş Prokurorluğun Mətbuat Xidmətindən Modern.az-a təsdiqləyiblər.

 

Qeyd edilib ki, əlavə məlumat veriləcək. 

Xatırladaq ki, bu barədə ilk məlumatı "unikal.az" yayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar