Yas mərasimində dava - Bir nəfər bıçaqlandı

Yas mərasimində dava - Bir nəfər bıçaqlandı

26 Yanvar 2023, 13:40

Şəmkir rayonunda yas mərasimində bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun İrmaşlı kəndində qeydə alınıb.

 

Kənd sakini, 1978-ci il təvəllüdlü Alıyev İdris İbrahim oğlu yas mərasimində mübahisə zəminində üz nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin isə 1990-cı il təvəllüdlü Ruslan Rəşid oğlu Bağırov olduğu müəyyənləşib. Hazırda onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran azərbaycanlıları sanki diri-diri basdırmaq istəyir