Modern.az

Yoluxma azaldı - son sutkada ölən olmayıb

Yoluxma azaldı - son sutkada ölən olmayıb

Hadisə

26 Yanvar 2023, 16:28

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 43 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada ölən olmayıb.

 

İndiyədək ölkədə ümumilikdə 827 823 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 504 nəfər müalicə olunaraq sağalıb, hazırda 242 aktiv xəstə var. Bu günə qədər 10 077 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2183, ümumilikdə 7 479 912 test icra olunub.

Sizə yeni x var
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var