Modern.az

XİN səfirliyə hücumla bağlı məlumat YAYDI

XİN səfirliyə hücumla bağlı məlumat YAYDI

27 Yanvar 2023, 10:38

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İrandakı səfirliyimizə hücumla bağlı açıqlama yayıb.

 

XİN-dən Modern.az-a bildirilib ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

 

Rəsmi məlumatda qeyd olunub ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

 

Hazırda xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Allah şəhidimizə rəhmət eləsin!

Bu xəbər ilə bağlı
İrandakı səfirliyimizə silahlı hücum:  Ölən və yaralılar var 
Xəbəri oxu
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir