Modern.az

Səfirlikdə həlak olan Orxan Əsgərovun FOTOSU

Səfirlikdə həlak olan Orxan Əsgərovun FOTOSU

27 Yanvar 2023, 13:28

27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

 

Modern.az xəbər verir ki, hücum edən şəxs Kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.

 

Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlu həlak olub.

 

Qeyd edək ki, O.Əsgərov baş leytenant olub. O Azərbaycanın Moskvadakı diplomatik missiyasında da çalışıb.

 

Allah Rəhmət eləsin!

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?