Modern.az

Naxçıvan yenə silkələndi - YENİLƏNİB

Naxçıvan yenə silkələndi - YENİLƏNİB

Hadisə

29 Yanvar 2023, 21:41

Yerli vaxtla saat 20:38-də Naxçıvan stansiyasında 89 km cənub-qərbdə, İranın Xoy şəhərində yenə zəlzələ qeydə alınıb, zəlzələ sərhəddə yaxın ərazilərdə 3 bala qədər hiss olunub.

 

Modern.az xəbər verir ki, bu barədə  Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

 

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, təbii hadisə 4,4 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.

 

***

19:28

 

İranda 4,9 maqnitudada növbəti zəlzələ qeydə alınıb, yeraltı təkanlar Naxçıvanda hiss olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

 

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 18:41-də Naxçıvan stansiyasında 86 km cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan MR-də 4-3 bala qədər hiss olunub.

 

Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!