Modern.az

Parçalanmış meyiti tapılan şəxs iş adamı imiş

Parçalanmış meyiti tapılan şəxs iş adamı imiş

Hadisə

30 Yanvar 2023, 14:48

Ötən gün Qəbələ rayonunda Nohurqışlaq kəndi yaxınlığındakı dağlıq ərazidə tapılan meyitin kimə məxsus olması dəqiqləşib.

 

Modern.az xəbər verir ki, vəhşi heyvanlar tərəfindən parçalanmış və qismən çürüməyə məruz qalmış meyitin Qəbələ şəhər sakini, 1973-cü il təvəllüdlü Səyavuş İbrahimxəlil oğlu Həmidova məxsus olması müəyyən edilib.

 

Qafqazinfo-nun məlumatına görə, S.Həmidov ötən ilin 30 noyabr tarixindən itkin düşüb və həmin vaxtdan axtarılırmış.

 

50 yaşlı şəxs Qəbələdə mağaza sahibi kimi tanınıb. Yaxınları onun ölümünün şübhəli olduğunu iddia edirlər.

 

Faktla bağlı araşdırmalar aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!