Modern.az

Bakıda İran casusu kimi saxlanılanlar arasında Hacı Mətləb də var

Bakıda İran casusu kimi saxlanılanlar arasında Hacı Mətləb də var

Hadisə

1 Fevral 2023, 12:20

Daxili İşlər Nazirliyinin (DİN) İranın casus şəbəkəsinə qarşı keçirdiyi xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılanlar arasında “Hacı Mətləb” kimi tanınan Mətləb Bağırov da var.

 

Modern.az xəbər verir ki, Mətləb Bağırov “SalamNews" İnformasiya Agentliyinin və “İnterAz” televiziyasının rəhbəridir.

 

Mətləb Bağırov əslən Cəlilabad rayonundandır. Onun İranın Qum şəhərində və Suriyada dini təhsil aldığına dair məlumatlar var.

 

Mətləb Bağırovun iş adamı kimi biznes obyektlərinə sahib olduğu da bildirilir.

 

Qeyd edək ki, DİN-in keçirdiyi xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda din pərdəsi altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfər saxlanılıb. Məlumata görə, onlar İran xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!