Modern.az

İti döyən qadın cəzalandırıldı - VİDEO

İti döyən qadın cəzalandırıldı - VİDEO

1 Fevral 2023, 14:44

Binəqədi rayonunda hər gün iti vəhşicəsinə döyən qadın cərimə edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, sosial şəbəkələrdə Binəqədi rayonunun Biləcəri qəsəbəsində itin qeyri-insani rəftara məruz qalaraq döyülmə videosu yayılıb.

 

Həmin görüntülərdəki şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib və Polis Bölməsinə dəvət olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü (heyvanlarla rəhmsiz rəftar edilməsi) maddəsi üzrə protokol tərtib edilib və həmin şəxs 500 manat məbləğində cərimələnib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır