Modern.az

Köməksiz qalan azyaşlılar belə xilas edildi - VİDEO

Köməksiz qalan azyaşlılar belə xilas edildi - VİDEO

Hadisə

2 Fevral 2023, 10:40

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

FHN-dən Modern.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 2 nəfər azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

 

Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri əməliyyat şəraitinə uyğun xüsusi alpinist vasitələrindən istifadə etməklə mənzilə eyvandan daxil olaraq qapını açıblar və vətəndaşları köməksiz vəziyyətdən xilas ediblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!