Modern.az

Dəmir yolundakı hadisə ilə bağlı cinayət işi AÇILDI

Dəmir yolundakı hadisə ilə bağlı cinayət işi AÇILDI

2 Fevral 2023, 14:36

Fevralın 1-i saat 19 radələrində Abşeron-Puta dəmiryol xəttinin Lökbatan keçidinə yaxın ərazisində 1981-ci il təvəllüdlü Zaur Cavadovun meyitinin aşkar olunması barədə məlumat daxil olub.

 

Qaradağ rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, Zaur Cavadovun qeyd edilən ərazidə hərəkətdə olan qatar tərəfindən vurulması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.



Faktla bağlı Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

İbtidai istintaq davam etdirilir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi