Modern.az

Bakı-Quba yolunda yük maşınları toqquşdu

Bakı-Quba yolunda yük maşınları toqquşdu

4 Fevral 2023, 16:44

Bakı-Quba yolunda ağırtonnajlı yük maşınları toqquşub.

Modern.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyevin bildirdiyinə görə, hadisə bu gün səhər saatlarında Siyəzən rayonu Zarat kəndi ərazisində baş verib.

Belə ki, “Mercedes-Benz” markalı 99-UT-794 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “KaMAZ” markalı 77-JD-854 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşub.

Hadisə nəticəsində “KaMAZ” markalı nəqliyyat vasitəsinin sürücüsü Etibar Əhmədov yüngül bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü