Modern.az

Ata iki oğlunu bıçaqladı

Ata iki oğlunu bıçaqladı

5 Fevral 2023, 20:32

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki hadisə rayonun İvanovka kəndində qeydə alınıb.

 

Kənd sakini 1985-ci il təvəllüdlü Yaşar Mustafayev sərxoş vəziyyətdə həyat yoldaşı, 1988-ci il təvəllüdlü İlhamə Mustafayeva ilə mübahisə edib.

 

Mübahisədən sonra sərxoş kişi həyat yoldaşını bıçaqlamaq istəyib. Bu zaman onları sakitləşdirmək istəyən yeniyetmə övladlarına bıçaq xəsarəti yetirib.

 

2007-ci il təvəllüdlü Valeh Mustafayev və qardaşı 2006-cı il təvəllüdlü Taleh Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onlara yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Onların hər ikisi əlindən bıçaq xəsarətləri alıb. 

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Xəzərə doğru üzən gəmisi məhv edildi