Modern.az

Həmkəndlisini öldürmək istəyən şəxs SAXLANILDI

Həmkəndlisini öldürmək istəyən şəxs SAXLANILDI

7 Fevral 2023, 09:24

Qubada həmkəndlisini öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

 

Bu barədə Modern.az-a Quba rayon prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, fevralın 6-sı, saat 22 radələrində 1991-ci il təvəllüdlü Hikmət Ağayevin Quba rayonunun Aşağı Atuc kəndi ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

İlkin araşdırma zamanı 2002-ci il təvəllüdlü Təbriz Hacıyevin bıçaqla Hikmət Ağayevə xəsarətlər yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

 

İbtidai istintaq davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!