Modern.az

“Lökbatan dairəsi”ndə 43 yaşlı kişi bıçaqlandı

“Lökbatan dairəsi”ndə 43 yaşlı kişi bıçaqlandı

7 Fevral 2023, 09:58

“Lökbatan dairəsi”ndə 43 yaşlı kişi bıçaqlanıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, fevralın 7-si gecə saat 1 radələrində Qaradağ rayonu ərazisindəki “Lökbatan dairəsi” adlanan yerdə naməlum şəxs xuliqanlıq zəminində Sahil qəsəbə sakini 1980-ci il təvəllüdlü Natiq Bafadar oğlu Süleymanova bıçaqla qarın və əl nahiyələrindən xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb.

 

Yaralı xəstəxanaya yerləşdirilib, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Salyan rayon sakini 1976-cı il təvəllüdlü Zamin Oqtay oğlu Salayev saxlanılıb.

 

Faktla bağlı araşdırmalar aparılır

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!