Modern.az

Həkimlərimiz zəlzələdən zərərçəkənlərə yardım göstərəcək

Həkimlərimiz zəlzələdən zərərçəkənlərə yardım göstərəcək

Hadisə

7 Fevral 2023, 12:22

Azərbaycandan Türkiyəyə gedən həkim briqadaları Adana şəhərində zəlzələdən zərərçəkənlərə tibbi yardım göstərəcəklər.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

 

"34 nəfərlik həkim heyətini, səhra xəstəxanası ləvazimatlarını və digər tibbi ləvazimatları daşıyan 4-cü və 5-ci təyyarələr bu gün səhər saatlarında qardaş Azərbaycandan Adanaya yola düşüb", - məlumatda deyilir.

 

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb. 5 775 bina dağılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür