Modern.az

Dağıntılar altından ikiaylıq körpə xilas edildi - VİDEO

Dağıntılar altından ikiaylıq körpə xilas edildi - VİDEO

Hadisə

7 Fevral 2023, 12:33

Türkiyənin Hatay vilayətində baş vermiş zəlzələdən sonra dağıntılar altından ikiaylıq körpə xilas edilib.

 

Modern.az-ın məlumatına görə, körpə 29 saat dağıntılar altında qaldıqdan sonra xilasedicilər tərəfindən tapılıb.

 

Mehmet Çinar adlı körpə dərhal təcili yardıma çatdırılıb.

 

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

 

Zəlzələ nəticəsində ölənlərin sayı 3381 nəfərə çatıb, daha 20426 nəfər yaralanıb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?