Modern.az

Jurnalist ailəsi ilə birlikdə həlak oldu

Jurnalist ailəsi ilə birlikdə həlak oldu

8 Fevral 2023, 08:46

Türkiyənin "DHA" xəbər agentliyinin Hataydakı müxbiri İzzət Nazlı ailəsi ilə birlikdə zəlzələdə həyatını itirib.

 

Modern.az "DHA"ya istinadən xəbər verir ki, zəlzələ nəticəsində İ.Nazlı, onun həyat yoldaşı və 2 uşağı dağıntılar altında qalıb. 

 

Hadisədən 35 saat sonra onların cəsədləri aşkar edilib.

 

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

 

Son məlumatlara əsasən, zəlzələ nəticəsində 5894 nəfər həlak olub, 34 810 nəfər isə yaralanıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır