Modern.az

Dəm qazından zəhərlənən qadın 9 gün sonra öldü

Dəm qazından zəhərlənən qadın 9 gün sonra öldü

Hadisə

8 Fevral 2023, 09:12

Abşeron rayonunun Hökməli qəsəbəsində dəm qazından zəhərlənən qadın 9 gün sonra dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, yanvarın 29-da 49 yaşlı Məlahət Rəhimova yaşadığı evdə dəm qazından zəhərlənib.

 

O, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Müalicəyə baxmayaraq, qadın fevralın 7-də vəfat edib.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!