Modern.az

4 güləşçi faciəvi şəkildə həlak oldu

4 güləşçi faciəvi şəkildə həlak oldu

8 Fevral 2023, 22:44

Türkiyədə zəlzələ qurbanları arasında idmançılar da var.

 

Modern.az xəbər verir ki, Türkiyə Güləş Federasiyası Kahramanmaraşda dağıntılar altında qalan güləşçilərdən dördünün həlak olduğunu açıqlayıb.

 

Bildirilib ki, güləşçilər Ahmet Taş, Mehmet Eskisarılı, Ali Gürsoy ve Aslan Ekiz təbii fəlakət nəticəsində həyatını itirib. 

 

Son məlumatlara görə, Türkiyədə fevralın 6-da baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 9057 nəfərə çatıb. Təbii fəlakət zamanı 52 979 nəfər yaralanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!