Modern.az

9-cu sinif şagirdi balta ilə məktəblilərə hücum etdi

9-cu sinif şagirdi balta ilə məktəblilərə hücum etdi

Hadisə

13 Fevral 2023, 09:00

Bu gün səhər saatlarında Petropavlovsk (Qazaxıstan) şəhərinin 4 nömrəli məktəbində şagirdlərə hücum olub. 9-cu sinif şagirdi təhsil müəssisəsinə mətbəx baltası və bıçaq gətirib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Təhsil İdarəsinin rəhbəri Nazir Jaşibekov bildirib.

 

Onun sözlərinə görə, hadisə saat 08:00 radələrində baş verib. Məktəbli iki onuncu və bir doqquzuncu sinif şagirdini yaralayıb. Baş və qol nahiyəsindən kəsici-deşici xəsarətlər alan iki uşaq rayon xəstəxanasına yerləşdirilib. Üçüncü uşağa isə yerində yardım edilib.

 

Hücum edən şagirdin polislər tərəfindən saxlanıldığı bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi