Türkiyənin Hatay şəhərində axtarış-xilasetmə işləri davam edir.
Modern.az "TRTHaber"ə istinadən xəbər verir ki, zəlzələdən 228 saat sonra daha bir qadın və iki uşaq xilas edilib.
Antakya bölgəsində aşkar edilən şəxslər dağıntı altından çıxarılaraq xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 35 mindən çox insan həyatını itirib.