Modern.az

Xocalıda beton qarışdıran maşın AŞDI

Xocalıda beton qarışdıran maşın AŞDI

Hadisə

16 Fevral 2023, 11:13

Xocalı rayonunun Çanaqcı kəndində yol qəzası olub.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Modern.az-a bildirib ki, rayon polis əməkdaşları hadisə yerinə gələrək araşdırmalar aparıb.

 

Məlum olub, Astara rayon sakini, 1985-ci il təvəllüdlü Qılman Rəhimovun idarə etdiyi "Mersedec" markalı beton tökən avtomobil idarəetməni itirərək yol kənarındakı beton səthə çırpılıb, daha sonra aşıb. Hadisə nəticəsində sürücü və sərnişin, Tovuz rayon sakini, 1994-cü il təvəllüdlü Şinasin Niyazov müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlara ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib, ərazidə nəqliyyatın hərəkəti bərpa olunub.

 

Faktla bağlı araşdırmalar davam etdirilir

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?