Modern.az

Xəstənin ölümünə səbəb olan cərrahın məhkəməsi başlayır

Xəstənin ölümünə səbəb olan cərrahın məhkəməsi başlayır

Hadisə

16 Fevral 2023, 14:40

Tərtər rayon sakini Sahilə Əsədovanın ötən il iyulun 8-də Bərdə Diaqnostika Mərkəzində ölməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

 

Bərdə rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, istintaqın gedişində Sahilə Əsədovanın ölümünün cərrahiyyə əməliyyatı zamanı həkim səhvindən baş verməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Həkim ümumi-cərrah vəzifəsində işləyən Teymur Əlləzova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bərdə rayon məhkəməsinə göndərilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?