Modern.az

Bəzi çaylarda sululuq ARTIB

Bəzi çaylarda sululuq ARTIB

Hadisə

2 İyun 2023, 09:16

2 iyun saat 9-a əsasən, gecə saatlarında yağan yağışların nəticəsində respublikanın bəzi çaylarında sululuğun artımı müşahidə olunub.

 

Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

 

Onun sözlərinə görə, Masallı rayonunun ərazisindən axan Viləşçayda suyun səviyyəsi 3 sm, Tovuz rayonu ərazisindən axan Zəyəmçayda 2sm, Göygöl rayonu ərazisindən axan Gəncəçayda isə 2 sm artım müşahidə olub.

 

“Gecə saatlarında yağan yağışlar nəticəsində Türyançay və Göyçay çaylarında suyun səviyyəsinin kəskin artması nəticəsində Zərdab rayonu ərazisindən axan Qarasuçayda suyun səviyyəsi 35 sm artıb”, - qurum rəsmisi deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır