Modern.az

Narkotikə görə daha 2 nəfər tutuldu 

Narkotikə görə daha 2 nəfər tutuldu 

18 Fevral 2023, 08:15

Bərdə RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini Qocayeva Röya Sahib qızı saxlanılıb.

 

DİN-dən Modern.az-a bildirilib ki, həmin şəxsin üzərinə baxış zamanı sellofan bükümdə çəkisi 5 qramdan artıq narkotik vasitə olan heroin aşkar olunub.

 

Həyata keçirilən tədbir nəticəsində Bərdə rayon Qaradağlı sakini Hacıyev Surxay Mətləb oğlu saxlanılıb, onun da üzərinə baxış zamanı 150 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub, saxlanılmış şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?