Kəlbəcərdə bədbəxt hadisə olub.
Modern.az xəbər verir ki, hadisə Toğanalı-Kəlbəcər tunelində baş verib.
Tuneldə fəhlə işləyən Türkiyə vətəndaşı 1968-ci il təvəllüdlü Osman Kaya daş qopması nəticəsində dünyasını dəyişib.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.