Modern.az

FHN: Yanğında zəhərlənən və xəsarət alan olmayıb - YENİLƏNİB

FHN: Yanğında zəhərlənən və xəsarət alan olmayıb - YENİLƏNİB

Hadisə

20 Fevral 2023, 10:04

Sabirabadda baş vermiş yanğın hadisəsi nəticəsində zəhərlənən və xəsarət alan olmayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan FHN-dən bildirilib. 

 

Qeyd edilib ki, Sabirabad rayonunun Axtaçı Muğan kəndində pambıq emalı zavodunda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

***

09:04

 

Sabirabadda pambıq zavodunda yanğın zamanı FHN-in 20 əməkdaşı tüstüdən zəhərlənib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Axtaçı Muğan kəndində yerləşən pambıq qəbulu və emalı zavodunda yanğın söndürülən zaman FHN-nin 20 nəfər əməkdaşı tüstüdən zəhərlənib.

 

Tüstüdən zəhərlənənlər Sabirabad sakinləri: Güləliyev Arif Elçin oğlu -1998-ci il təvəllüdlü, Dadaşlı Allahşükür Baladadaş oğlu-1999-cu iltəvəllüdlü, İsayev Şamo Şakir oğlu -1990-cı il təvəllüdlü, Ağayev ElmanTelman oğlu - 1982-ci il təvəllüdlü, Axundzadə Nurlan Aydın oğlu - 1991-ci il təvəllüdlü, Səmədov Rail Əflan oğlu - 1982-ci il təvəllüdlü, Abdullayev vüqar Əkbər oğlu - 1988-ci il təvəllüdlü, Qubadov Vüsal Ramiz oğlu - 1981-ci il təvəllüdlü, Teymurov Anar Şahin oğlu - 1988-ci il təvəllüdlü, Nağıyev Əlimövsüm Adil oğlu-1982-ci il təvəllüdlü, Ağayev Ələsgər Möhlət oğlu - 1984-cü il təvəllüdlü, Zeynalov Kənan Lazım oğlu-1995-ci il təvəllüdlü, Əliyev Murad Həsənağa oğlu - 1986-cı il təvəllüdlü, Əsgərov Səftər Qəhrəman oğlu - 1991-ci il təvəllüdlü, Vəliyev Rəşad Nəbi oğlu - 1982-ci il təvəllüdlü, Zeynalov Şəmistan Namiq oğlu - 1993-cü il təvəllüdlü, Həbibov Tərlan Adbalaoğlu - Neftçala sakini, 1991-ci il təvəllüdlü, Rəhimov Feyruz Firuz oğlu - Hacıqabul sakini, 1983-cü il təvəllüdlü,

 

Tüstüdən zəhərlənən və göz almacıqlarından zədələnənlər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra əksəriyyəti ambulator müalicəyə buraxılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!