Modern.az

Nikahların sayı artıb, boşanmalar azalıb - RƏSMİ

Nikahların sayı artıb, boşanmalar azalıb - RƏSMİ

Hadisə

20 Fevral 2023, 14:27

Ötən il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 61 939 nikaha daxilolma və 15 983 boşanma halı qeydə alınıb.

 

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə 2021-ci illə müqayisədə nikahların sayı 5,6-dan 6,1-ə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,6-ya düşüb.

 

Nikah səviyyəsi Qarabağ (7,1), Mil-Muğan və Şərqi Zəngəzur (6,9), Dağlıq Şirvan (6,8), Bakı şəhəri, Mərkəzi Aran və Şirvan-Salyan (6,4), Şəki-Zaqatala (6,3), Qazax-Tovuz və Quba-Xaçmaz (6,2) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!