Modern.az

Həyat yoldaşının zəhərləndiyini eşidən 67 yaşlı kişi ÖLDÜ

Həyat yoldaşının zəhərləndiyini eşidən 67 yaşlı kişi ÖLDÜ

20 Fevral 2023, 17:46

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1964-cü il təvəllüdlü X.Mehdiyeva dəm qazından zəhərlənib və o, rayon mərkəzi xəstəxanasına çatdırılıb.

 

Qadının dəm qazından zəhərləndiyi xəbərindən təsirlənən həyat yoldaşı, 1956-cı il təvəllüdlü Gülağa Mehdiyev isə qəfildən dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?