Modern.az

Rusiyada güclü yanğın - 4 nəfər ölüb

Rusiyada güclü yanğın - 4 nəfər ölüb

Hadisə

21 Fevral 2023, 09:03

Rusiyada yaşayış evində baş verən güclü yanğında dörd nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə “TASS” İnformasiya Agentliyi məlumat yayıb.

 

Yanğın Xakasiyanın Askizski rayonunun Ust-Çul kəndində baş verib.

 

Hadisə yerinin kəşfiyyatı zamanı 2016-cı il təvəllüdlü uşaq daxil olmaqla dörd nəfərin cəsədi aşkarlanıb. Yanğının başvermə səbəbləri məlum deyil.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?