Modern.az

Bakıda fəhlə 8-ci mərtəbədən yıxılıb ÖLDÜ

Bakıda fəhlə 8-ci mərtəbədən yıxılıb ÖLDÜ

Hadisə

21 Fevral 2023, 14:40

Fəhlənin iş yerində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

 

Binəqədi rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, fevralın 20-si saat 12 radələrində 1973-cü il təvəllüdlü Oktay Ələkbərovun Binəqədi rayonu ərazisində hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Araşdırma zamanı Oktay Ələkbərovun fəhlə kimi işlədiyi inşa edilməkdə olan hündürmərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılması və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

İbtidai istintaq davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?