Modern.az

Türkiyədə zəlzələdə ölənlərin sayı 42 mini ÖTDÜ

Türkiyədə zəlzələdə ölənlərin sayı 42 mini ÖTDÜ

Hadisə

21 Fevral 2023, 18:10

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 42 310 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Bildirilib ki, indiyədək zəlzələ bölgəsindən 448 018 vətəndaş təxliyə olunub.

 

Məlumata görə, Kahramanmaraş və Hatay zəlzələlərindən sonra 7242 afterşok qeydə alınıb.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?