Bakı şəhərində yanğın olub.
Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 90 m² olan 2 otaqlı mənzilin 1 otağında divar sobasının ətrafı 2 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 4 m² sahədə yanıb.
Mənzilin və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.